Цифровой
Президентский фонд
Республики Казахстан
Перейти к содержимому
Поиск
RU
Личный кабинет

VƏTƏN DAHILƏRI (ІІ HISSƏ)

Библиографическое описание

Vətən dahiləri (ІІ hissə) / Рəhləvan Ə. – Baki, 2018.

Автор
Рəhləvan Ə.
Год издания
2018
Классификационный индекс (УДК)
—
Язык
Другой
Вид издания
Книга
Страна издания
—
Доступ
Доступно всем

Описание

Bu qədər fərqli xarakterli, müxtəlif taleli, ayrı-ayrı dövrlərdə yaşamış elm-sənət adamları, əfsanəvi və tarixi qəhrəmanlar, tanın­mış şəxslər haqqında şeirlər yazmaq mənə inandırıcı gö­rünmədi. Bu işin nə qədər ağır və məsuliyyətli olduğunu anlamaq çətin deyil. Bir ehtiyatsız söz, bir yanlış ifadə – adamın zəhmətini yerə vurar. Lakin əlyazmasını vərəqlərkən gördüm ki, doğru­dan da, Əmir Pəhləvan ilhamla və yorulmadan öz işini davam etdirmiş və sevib-seçdiyi şəxslərin yalnız ona məxsus bir tərzdə poetik portretlərini yaratmışdır. Kitabdakı seçim hansı prinsiplərə əsaslanır sualına müəllif özü cavab verə bilər; bu, rəsmi bir seçim deyil və əslində belə bir standart da yoxdur. Əmir Pəhləvan burada sərbəstdir, kimi bəyənib, kimi bəyənməmək hər kəsin zövqünə və hansı prinsiplərdən yanaşma­sına bağlıdır; öz qəhrəmanlarını subyektiv dəyərləndir­məsinə görə də onu qınamaq olmaz; eyni zamanda, nəzərə almaq lazımdır ki, kitab yarımçıqdır və növbəti hissədə kimlərin olacağı barədə heç bir məlumatımız yoxdur…